Nazir neftin hazırkı qiymətləri barədə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Nazir neftin hazırkı qiymətləri barədə danışdı

İqtisadiyyat

22 Aprel 2019 22:59 1010


Hazırda neft qiymətləri qənaətbəxş səviyyədədir, dekabrda əldə olunmuş OPEK+ sazişinin icra səviyyəsi isə hər ay artır.

"Yeni Sabah"ın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov SOCAR-ın IV “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, iyun ayında neft hasilatının azaldılması barədə yeni qərarın qəbul edilməsi bir sıra geosiyasi amillərdən, o cümlədən müəyyən mənada neftin kommersiya ehtiyatlarının azalma səviyyəsindən asılı olacaq: pizza

“Azərbaycan OPEK+ sazişi imzalandıqdan bəri onun fəal iştirakçısıdır”.

Nazir əlavə edib ki, ötən il ölkənin mənfəət neftindən və qazdan gəlirləri 9,8 milyard dollara bərabər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!