Nazir oğlunun yaxın dostunun rəis olduğu qurum da FHN-dən ALINIR

saytların hazırlanması

Evə çatdırılma

Nazir oğlunun yaxın dostunun rəis olduğu qurum da FHN-dən ALINIR

Siyasət

31 Mart 2023 12:16 1618


Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi yaxın vaxtlarda ləğv ediləcək. 

“Yeni Sabah” Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən qurumun FHN-nin tabeçiliyindən çıxarılması ilə bağlı sənədləşmə işləri aparılır. Eyni işi həyata keçirən digər müvafiq dövlət qurumları da bu Agentliyin tərkibinə birləşdiriləcək və Nazirlər Kabinetinin mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayevdir. Vüsal Ağayev nazir Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovun yaxın dostudur.  pizza

Agentliyin əsas işi öz səlahiyyətləri daxilində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, səlahiyyətlərinə aid edilən texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti flınksiyalarım həyata keçirməklə nazirliyin digər struktur bölmələri, müvafıq dövlət orqanları ilə birlikdə fövqəladə halların qarşısının alınmasmın təşkilində iştirak edən icra hakimiyyəti orqanıdır.

Xatırladaq ki, dünən Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ləğv edilərək, yerində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!