“Nazir olandan sonra dostlarımın sayı artıb“ - Fərid Qayıbov

saytların hazırlanması

Evə çatdırılma

“Nazir olandan sonra dostlarımın sayı artıb“ - Fərid Qayıbov

ECONOMICS

13 May 2022 10:31 8562


"Nazir olandan sonra həyatımda çox şey dəyişib. 30 il görmədiyim insanlar məni yada salır, dostlarımın sayı artıb. Buna normal baxıram". 

Yenisabah.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, indi də küçədə əvvəlkitək rahat gəzə bilir: "Sadəcə, qapalı yerlərdə bir az çətinlik olur. Bu da normaldır. İnsanlar yaxınlaşıb mənimlə şəkil çəkdirəndə oğlum daha çox sevinir". Marqarita pizza

F.Qayıbov hər həftənin çərşənbə günü digər nazirlərlə futbol oynadığını söyləyib: "Mayın 15-də Bakı marafonunda iştirak edəcəyəm. İdman naziri kimi deməliyəm ki, idmanla məşğul oluram" (report) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!