Nazir oxşarını təltif etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Nazir oxşarını təltif etdi - FOTO

Maraqlı

18 Mart 2026 09:37 921


Cəlilabad rayonunda Aqrar Biznes Festivalı keçirilib.

“Yeni Sabah” xəbər verir ki, festivalın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Çıxışlardan sonra Aqrar Biznes Festivalında fəal iştirakına və tədbirin təşkilinə göstərdikləri dəstəyə görə bir sıra qurum və təşkilatların nümayəndələri təşəkkürnamələrlə təltif olunublar. Toyuqlu pizza

Onlar arasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynallı da var.

Ona mükafatı nazir Emin Əmrullayev təqdim edib. Çəkilən fotolarda onların biri-birinə oxşarlığı diqqətdən yayınmayıb.

Qeyd edək ki, əvvəllər “ASAN Radio”da aparıcı-redaktor vəzifəsində çalışan R.Zeynallı 2021-ci il may ayından AKİA-da çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!