Nazir Şəkidə müşavirə keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir Şəkidə müşavirə keçirdi

İqtisadiyyat

07 Mart 2019 01:56 1104


Şəki şəhərində kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında baramaçılığın və tütünçülüyün inkişafı ilə bağlı 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, müşavirədə nazirliyin Aparatının nümayəndələri, Azərbaycan Sənaye Korporasiyasının rəhbər şəxsləri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, elmi-tədqiqat institutlarının rəhbərləri, tütün və barama emalı müəssisələrinin təmsilçiləri, həmçinin 26 rayondan tütünçülük və baramaçılıqla məşğul olan 209 fermer iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Şəki şəhər İcra Hakimiyyətini başçısı Elxan Usubov bildirib ki, tütünçülük və baramaçılıq bu bölgədə ən qədim məşğuluyyət növlərindən biri olub.  Toyuqlu pizza

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda tütünçülük və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib: “Ölkədə tütünçülük və baramaçılığın inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi dövlətin bu sahəyə diqqətini göstərir. 2017-ci il ilə müqayisədə ötən il tütün əkin sahələri artıb, istehsal olunan tütünün həcmi artıb, hər hektara düşən məhsuldarlıq yüksəlib. Bu il tütün əkin sahələrinin daha da çox olacağı gözlənilir. Tütün əkini üçün tələb olunan mineral gübrə ilə təminat həyata keçirilib, aqrotexniki qaydalara uyğun tədbirlər görülüb”.   

Müşavirədə şitil, toxum, mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!