Nazir: “Türkiyə yazılı zəmanət istəyir“

saytların hazırlanması

Evə çatdırılma

Nazir: “Türkiyə yazılı zəmanət istəyir“

Dünya

24 May 2022 16:24 855


"Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verməzdən əvvəl onlardan yazılı zəmanət almaq istəyir".

Yenisabah.az “Hürriyet”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstinə səfəri zamanı bildirib.

“İsveç və Finlandiya terrorçuları dəstəkləməyi dayandırmalıdır, biz onlardan konkret addımlar barədə yazılı razılıq istəyirik. İsveç və Finlandiya bizə nümayəndə heyətləri göndərmək istədilər və prezidentimiz bu təklifi qəbul edərək dedi ki, prioritetimiz diplomatiyadır”, - deyə nazir vurğulayıb. Pepperoni pizza

Ankaranın Stokholm və Helsinki qarşısındakı digər tələbi isə Türkiyəyə müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan sanksiyaların aradan qaldırılmasıdır.

Çavuşoğlunun sözlərinə görə, NATO-nun baş katibi Yens Stoltenberq bu mövzunu müzakirə etmək üçün Türkiyə, İsveç və Finlandiya nümayəndələri ilə danışıqlar apara bilər. “Bunu Stoltenberq təklif edib”, - deyən nazir belə bir görüşün nə vaxt və harada keçirilə biləcəyini açıqlamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!