İqtisadiyyat naziri Şahin Mustafayev Avstriyanın “ÖBB Holding AG” dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən “Yeni Sabah”a daxil olan xəbərə görə, nazir Şahin Mustafayev Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin xüsusi əhəmiyyətini qeyd edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Avropa İttifaqı ölkələri, o cümlədən Avstriya ilə əməkdaşlığın inkişafına böyük önəm verir. Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir, 2018-ci ildə ticarət dövriyyəsi 2 dəfə artıb. Hazırda 50-yə yaxın Avstriya şirkəti Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur. pizza hut
Avstriyanın “ÖBB Holding AG” dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Matte ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini vurğulayıb, rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib, Azərbaycanla əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun da iştirak etdiyi görüşdə ikitərəfli qarşılıqlı nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb.
Telegram kanalımız