Nazirdən 36 suala 36 cavab...

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən 36 suala 36 cavab...

Xalqın səsi

23 Fevral 2019 14:09 1337


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “ASAN Radio”nun “Qəbuldasan” verilişinin qonağı olub.

Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən “Yeni Sabah”a daxil olan məlumata görə, Emin Musəvinin müəllifi və aparıcısı olduğu veriliş həm radionun, həm də nazirliyin "Facebook" səhifəsində canlı yayımlanıb. 

S.Babayev veriliş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə, o cümlədən sosial təminat, pensiya təyinatı, məşğulluq, əmək münasibətləri, əlilliyin qiymətləndirilməsi və s. məsələlərə dair müraciətlərini cavablandırıb. Vətəndaşlar suallarını ASAN Radionun rəsmi facebook səhifəsi, vatsap və şəhər nömrəsi vasitəsilə veriblər.  Marqarita pizza

Ümumilikdə 67 dəqiqəlik veriliş ərzində 36 suala cavab verilib. Veriliş müddətində vaxt baxımından cavablandırılması mümkün olmayan suallar nazirlik tərəfindən cavablandırılmaq, həmçinin araşdırma tələb edən müraciətlər baxılmaq üçün qeydiyyata alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!