Nazirdən böyük etiraf:  “Məktəblər təhsil vermir və biz bunu bilirik” 

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən böyük etiraf:  “Məktəblər təhsil vermir və biz bunu bilirik” 

Sosial

28 Avqust 2022 15:35 29044


Elm və Təhsil naziri Emin Əmrullayev bu günlərdə Bakı şəhərində yerləşən məktəblərin direktorları ilə görüş keçirib. 

Görüşdə iştirak edən direktorlardan biri “Yeni Sabah”a həmin görüşlə bağlı maraqlı məlumat verib.

Bildirib ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib: Pepperoni pizza

“Nazir dedi ki, məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər”.

Mənbə bildirib ki, nazirin bu görüşü Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva səfərdə olarkən keçirilib. Xəbərə görə, Mehriban Vəliyeva idarənin sektor müdiri, “direktor təyinatı kralı” Fuad Babayevlə öz təyin etdirdiyi direktorları və bir qrup müəllimi Finlandiyaya aparıb. 

Digər məlumata görə isə Bakı Təhsilinin əsas gəlir mənbəyi olan bir sıra səlahiyyətlər alınaraq nazirliyə verilib. Bura məktəbəhazırlığa qəbul, baxçalara qəbul, 1-ci siniflərə qəbul, direktor və direktor müavinlərinin yerdəyişmələri, məktəblərin təmiri və digər qərarverici işlər daxildir. Belə görünür ki, Mehriban Vəliyevanın kənarlaşdırılması üçün bütün addımlar atılıb və yaxın günlərdə onun Xəyalə Əhmədzadə ilə əvəzlənməsi nəzərdə tutulur. 

Nazirin direktorlarla görüşünün maraqlı məqamlarından biri də budur ki, həmin görüşdə nazirlikdə orta təhsili kurasiya edən Muxtar Məmmədov da iştirak etməyib. Nazirlə Muxtar Məmmədov arasındakı soyuq münasibətlər artıq açıq müstəviyə keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Nazir desə də deməsə də bu BİR həqiqətdir. Nazir özü Səmimi olub etiraf edə bilər ki onun oxuduğu məktəbdə də belə hallar həmişə olub. Mən 40 İLİN müəllimi kimi direktorları belə görmüşəm.
    4 years ago
  • Lala
    Tebiiki mekteblerde tədris oluna bilmez yeni binalar tikilib ama yeni mektebler tikilmeyib ona görede 40-42 nefer 1 ci siniflerde uşaq var . Bu ise universitet auditoriyasına benzeyir. Ama 6 yaşli uşaqın ele məntiqi təfəkkürü yoxdurki özü qərar verib oxusun. Müəllimin her uşaqa 1 deqiqe bele vaxti düşmürki bir sual versin ve ya sual cavablandıran. Ona görede tədris keyfiyyəti aşağı düşüb ve repititorluq artib. Uşaq sakini mekteblerde 20 etmek lazımdır ki normal tehsil almaq mümkün olsun
    4 years ago
  • RAHİM
    NEÇƏ Təhsil nazirliyi işçisi. VƏ MƏKTƏB DİREKTORU Vicdanına and içər Kİ vəzifəsinə layiqdir. Bacarığı sayəsində təyin edilib. Nazirlikdəki cavan işçilərin kifayət Qədər MÜƏLLİMLİK təcrübəsi YOXDUR. Tanışlıqla vəzifə tutublar.
    4 years ago