Nazirdən Britaniyadakı səfirliyə hücumu pisləyən ölkələrə təşəkkür

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən Britaniyadakı səfirliyə hücumu pisləyən ölkələrə təşəkkür

Siyasət

09 Avqust 2022 17:34 853


“Avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşma tərəfindən hücum olub. Onlar səfirlik ərazisinə daxil olarkən vandallıq aktları törədib, dövlət rəmzləri dağıdılıb, orada olan əşyalara xələl gətirilib. Dövlət olaraq biz bunu tamamilə qınayırıq. Biz bunu tamamilə rədd edirik. Bu tamamilə qəbuledilməzdir".

Yenisabah.az TRT Haber-ə istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir vurğulayıb: “Başda qardaş Türkiyə olmaqla bir çox dövlətlər artıq buna öz etirazlarını bildiriblər. Bütün bu dönəmdə səssiz qalmayan bütün bizim dost dövlətlərə təşəkkürümü bildirmək istərdim”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!