Nazirdən yol polisləri ilə bağlı sərt qərar -   Bütün şəxsi heyət sərəncama götürüldü...

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən yol polisləri ilə bağlı sərt qərar - Bütün şəxsi heyət sərəncama götürüldü...

Avto

13 Yanvar 2020 08:12 4344


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi ilə bağlı əmr verib.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, əmrə əsasən, idarənin bütün şəxsi heyəti sərəncama götürülüb.

Məlumatda bildirilir ki, polis polkovniki Rəşid Piriyev də idarənin rəisi vəzifəsinə təsdiqlənməyib. R. Piriyev hazırda idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edir. Dördpendirli pizza

Xatırladaq ki, bir neçə gün öncə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib, idarənin rəis müavini, polkovnik Rəşadət Babayev isə tutduğu vəzifədən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!