Nazirin bu qərarı narazılıq yaratdı: “Niyə, axı niyə?!”

saytların hazırlanması

Evə çatdırılma

Nazirin bu qərarı narazılıq yaratdı: “Niyə, axı niyə?!”

Sosial

30 Yanvar 2024 13:34 5111


Xəbər verdiyimiz kimi, məktəblərdə qış tətili başlayıb. Bu müddət yanvar ayının 27-dən fevralın 1-nə qədər davam edəcək. Tətilin 5 gün olması və bu müddətin 2 gününün həftəsonuna təsadüf etməsi valideynlər və müəllimlər arasında müzakirələrə səbəb olub. Şagirdlərin dərs yükü ilə bu müddətin uyğunlaşmadığını iddia edənlər də var. 

Məsələyə münasibət bildirən Təhsil eksperti Ramin Nurəliyev “Yeni Sabah”a mövzunu şərh edib:

“Bu, Elm və Təhsil Nazirliyinin verdiyi və dövlət tərəfindən təsdiq edilən bir qərardır. Bu səbəbdən ediləcək nəsə yoxdur. Sadəcə, nazirlik tərəfindən təşəbbüs göstərilə bilər. Tətil müddətinin artırılmasına dair qərar vermək məhz Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Düşünürəm ki, bu müddət ən azı 1 həftə olmalı idi. Çünki 5 gün olduqca az bir müddətdir və bu hal valideynlər və müəllimlər arasında narazılıqların artmasına gətirib çıxarır. Həmin müddətin 7 gün olması tədris prosesinin birinci yarımilliyindəki ağırlığı aradan qaldıra bilərdi. Bu istirahət nəticəsində şagirdlər, valideynlər, həmçinin də müəllimlər yeni dərs müddətinə daha gümrah başlaya bilərdilər”.  Dominos pizza

Ekspert həmçinin bildirib ki, yarımil rüb tətilləri 5 gün nəzərdə tutulur: 

“Lakin bu tətilin 2 gününün həftəsonuna təsadüf etməsi müəyyən müzakirələrə səbəb olur və əlavə olaraq tətilə gün artırılması tələb olunur.  Ancaq bunu da qeyd etmək lazımdır ki, rüb tətili daha çox şagirdlərə yönələn istirahət müddətidir. Həmin tətil hər kəsə şamil olunmur. Əmək müqaviləsi bağlanan digər işçilərə bu məsələ aid olmadığına görə düşünürəm ki, həftəsonları diqqətə alınmayıb”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nsibova
    Məncə məktəblər bütün il boyu dəvam etməlidir. Uşaq evdə boş qalır televizor, telefon başqa məşğuliyyət yoxdur. Hə birdə ki repitetor yanına diqqət edilsə yaxşıdı əvvəllər evdə keçirdilər indi məktəbdə dərsdən sonra uşağı yükləyirlər. Uşaq evə gələndə aqressiv olur. Bir valideyin
    2 years ago