Nazirin fikri təhrif edilib? - Rəsmi Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazirin fikri təhrif edilib? - Rəsmi Açıqlama

Siyasət

09 İyul 2023 20:28 2008


Xəbər verdiyimiz kimi, iyulun 6-da elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərlə görüş keçirib. Nazirin görüşdə şagirdlərin oxuyub anlama bacarıqları ilə bağlı çıxışı müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sözügedən müzakirələrlə bağlı paylaşım edib.

O, bir sıra ictimai şəxsin məsələnin mahiyyətinə varmadan nazirin səsləndirdiyi fikirləri təhrif etməklə qeyri-düzgün ifadələr işlətdiklərini bildirib: Sezar pizza

"İyulun 6-da elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərimizlə görüşdə vacib mesajlar səsləndirdi. Onlardan biri də şagirdlərimizin oxuyub anlama bacarıqları ilə bağlı mövcud problemləri idi.

Təəssüf ki, bir sıra ictimai şəxslər məsələnin mahiyyətinə varmadan Emin müəllimin səsləndirdiyi fikirləri təhrif etməklə qeyri-düzgün ifadələr işlədirlər.

Elm və təhsil nazirliyi hər zaman açıq dialoq formatını seçib və ictimai fikrə böyük hörmətlə yanaşıb. Ümid edirəm ki, təqdim olunan videoda cənab nazirin şagirdlərin beynəlxalq qiymətləndirmə bacarıqlarının ölçülməsi ilə bağlı mötəbər tədqiqata əsaslanan fikirləri düzgün (əslində olduğu kimi) anlaşılacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!