Nazirin tualetdən canlı yayımı - Video

saytların hazırlanması

Evə çatdırılma

Nazirin tualetdən canlı yayımı - Video

Dünya

21 Fevral 2019 02:03 1076


Ermənistanın nəqliyyat naziri Akop Arşakyan “Kilikiya” mərkəzi avtovağzalının tualetindən canlı yayım edib.

Ermənistan KİV-i xəbər verir ki, tualetdəki antisanitar vəziyyətdən şoka düşdüyünü deyən nazir bununla bağlı tədbirlər görəcəyini bildirib. Arşakyan “Facebook”dakı canlı yayımında bunları deyib:

“Biz hər şeyi öz adı ilə adlandırmaq, aktual məsələləri qaldırmaq və vəziyyətdən çıxış yolu axtarmaq siyasətimizə davam edirik. Sizinlə avtovağzalın tualeti ilə bağlı təəssüratlarımı bölüşmək istəyirəm. Sanitariya qovşağının vəziyyəti bərbaddır. Tamamilə antisanitariya hökm sürür. Hiss edilir ki, on illərlə burada iş görülməyib. Avtovağzalın normal tualeti, gözləmə zalı olmalıdır. Biletləri almaq üçün normal sistem olmalıdır, sürücülərə şərait yaradılmalıdır”.  Marqarita pizza

Arşakyan yaxın vaxtlarda avtovağzalın infrastrukturunun yaxşılaşdırılması üçün tədbirlər görəcəyinə vəd verib. 

Qeyd edək ki, Arşakyanın canlı yayım videosu daha sonra “Facebook” səhifəsindən silinib.

“Qafqazinfo”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!