Nazirlər Kabineti Akademiya işçilərinin sayını təsdiqlədi

Nazirlər Kabineti Akademiya işçilərinin sayını təsdiqlədi

Sosial Veb saytların hazırlanması

30 Sentyabr 2022 16:56 1065


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu təsdiq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qərar Prezidentin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Sənədə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!