Nazirlərin Vaşinqton görüşü olacaq? - XİN-dən cavab

saytların hazırlanması

Evə çatdırılma

Nazirlərin Vaşinqton görüşü olacaq? - XİN-dən cavab

Siyasət

14 Dekabr 2023 13:48 421


Rəsmi Bakı ABŞ-nin yanvar ayında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirmək təklifi ilə bağlı erməni mediasında yayılan məlumatlara reaksiya verib.

Yenisabah.az xəbər verir ki, XİN sözçüsü Ayxan Hacızadə növbəti görüşün yeri və tarixləri barədə hələlik razılıq olmadığını bildirib.

Xatırladaq ki, Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan Azərbaycanın ABŞ-nin təklifinə müsbət cavab verdiyini bildirib: Sezar pizza

"Azərbaycan ABŞ-nin Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi təklifini qəbul edib".

Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın Xarici İşlər Nazirliyi ABŞ-də nazirlər səviyyəsində görüşdə iştiraka hazır olduqlarını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!