Nazirlik qəbirüstü abidənin hazırlanmasından imtina etdi - Xalq artistinin qızı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik qəbirüstü abidənin hazırlanmasından imtina etdi - Xalq artistinin qızı

Mədəniyyət

13 Oktyabr 2025 13:55 636


Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Xalq artistinin qızı Aytən Həsənova məlumat yayıb.

Onun sözlərinə görə, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib. pizza mizza

“Atamın vəsiyyəti belə idi ki, anamın yanında – ailə qəbiristanlığında dəfn olunsun. Hətta atamın vəziyyəti ağır olanda bu barədə nazirliyə məlumat vermişdim. Sonradan bildirdilər ki, atam Fəxri xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər”, – deyə Xalq artistinin qızı əlavə edib.

Xalq artisti Ə. Həsənov bu ilin mart ayında vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!