“Nazirlik bu dəfə lap “gül” vurub” –   Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Nazirlik bu dəfə lap “gül” vurub” – Ekspert

İqtisadiyyat

21 May 2019 07:42 1786


“Azərbaycanda standartlaşdırma qurumu yoxdur, standartlaşmanın keçmiş işçiləri evlərində dincəlirlər, amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mövzu ilə bağlı tədbir keçirib”.

“Yeni Sabah” xəbər verir ki, bunu texnalogiya üzrə mütəxəssis Osman Gündüz deyib. O, bildirib ki, Ümumdünya İnformasiya Cəmiyyəti Günü ilə bağlı NRYTN –in tədbir keçirib. Son zamanlar qurumun məsul şəxsləri tərəfindən tez-tez bəsit və mənasız, dar çərçivədə, maraqlı tərəfləri cəlb etmədən tədbirlər təşkil etməsi heç kimə sirr deyil: “Baxıram ki, bu dəfə lap “gül” vurublar. Cari ildə Ümumdünya İnformasiya Cəmiyyəti Gününün mövzusunu (“Standartlaşdırmada fərqliliyin aradan qaldırılması”) qabaqcadan bildiyimdən düşündüm ki, nəhayət ki 1 il davam edən problemə yəqin ki münasibət bildiriləcək. Problem isə ondan ibarətdir ki indiki anda ölkədə standartlaşdırma səlahiyyətlərinə malik olan qurum faktiki olaraq mövcud deyil . Nə qədr qəribə olsa da , bu, bir ildir ki belədir. 

Ötən ilin 20 aprel tarixində “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.  Standartlaşma ilə bağlı səlahiyyətlər yeni yaranan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib. Toyuqlu pizza

Bu Dövlət Agentliyinin də indiyədək nə strukturu, nə də Əsasnaməsi təsdiq olunmayıb. Köhnə Əsasnamə və köhnə strukturla fəaliyyət göstərirlər.

Standartlaşmanın keçmiş işçiləri isə 1 ildir ki evlərində öturub strukturun yaradılmasını gözləyirlər. NRYTN-da isə standartlaşdirma mövzusunda Ümumdünya İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçirib. Bir ildir davam edən problemə bağlı isə heç bir kəlmə də danışılmayıb və açıqlama verilməyib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!