Nazirlik əməkdaşı ağacdan yıxılıb öldü

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik əməkdaşı ağacdan yıxılıb öldü

Hadisə

24 Oktyabr 2019 08:20 1416


Bərdə rayonunda ölüm hadisəsi baş verib.

"Yeni Sabah"ın məlumatına görə, hadisə rayonun Qara Yusifli kəndi ərazisində qeydə alınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bərdə rayon Telekommunikasiya qovşağının əməkdaşı Məmmədov Səbuhi Əbülfət oğlu kənd ərazisində xidmətdə olarkən yerdən 3,7 metrlik hündürlükdə olan telefon xəttindəki nasazlığı aradan qaldırmaq üçün yaxınlıqda olan ağaca çıxıb. Həmin vaxt ağacın budağı qırılıb və S.Məmmədov ağacdan yıxılıb. pizza sifarişi

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunsa da, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!