Nazirlik Fransa şirkəti ilə memorandum imzalayıb

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Fransa şirkəti ilə memorandum imzalayıb

İqtisadiyyat

05 Fevral 2019 22:40 1046


 

Energetika Nazirliyi və Fransanın “Total Eren” şirkəti  arasında Anlaşma Memorandumu (AM) imzalanıb. 

“Yeni Sabah” xəbər verir ki, sənədi energetika nazirinin müavini Elnur Soltanov və “Total Eren” şirkətinin Qafqaz ölkələrində biznesin inkişafı üzrə direktoru Emmanuel Terroir imzalayıb. Anlaşma Memorandumu  Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üçün əməkdaşlığı nəzərdə tutur. Dördpendirli pizza

Energetika nazirinin müavini Elnur Soltanov “Total” şirkəti ilə karbohidrogen sənayesində əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələrdən bəhs edib və bu təcrübənin bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıqla daha da zənginləşəcəyini  söyləyib. Nazir müavini ölkəmizin bərpa olunan enerji potensialı barədə ətraflı məlumat verib və bildirib ki, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə külək, günəş və bioenerji üzrə 420 MVt yeni generasiya gücünün istifadəyə verilməsi  əsas hədəflərdən biridir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!