Nazirlik məhkəmədə Qarabağ Qazisinə uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik məhkəmədə Qarabağ Qazisinə uduzdu

Sosial

26 Sentyabr 2022 17:49 36753


Vətən Müharibəsi qazisi, 2-ci qrup əlil Aqil Süleymanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışdığı əvvəlki vəzifəsinə bərpa olunmaq üçün məhkəməyə müraciət etmişdi.

“Yeni Sabah” xəbər verir ki, Aqil Süleymanlının vəkili Əziz Qənbərli bu haqda sosial şəbəkədə paylaşım edib. O, məhkəməni qazinin qazandığını və əvvəlki işinə bərpa olunduğunu bildirib: 

“Müharibənin qızğın dövründə vaxtından əvvəl rütbəsi artırılan, cənab Prezident tərəfindən “Vətənə Xidmətə” görə medalı da daxil olmaqla 5 medalla təltif olunan Qarabağ qazisi, Aqil Süleymanovun işə bərpa tələbinə dair iddiamız Yasamal rayon Məhkəməsinin hakimi, hörmətli Toğrul Axundov tərəfindən tam təmin edilib. O, Dövlət Sosial Müdafiə Fondunda əvvəl işlədiyi şöbə müdiri vəzifəsinə bərpa edilib”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    AXIR Kİ AZƏRBAYCANDA ƏDALƏT ZƏFƏR ÇALDI. DÜZÜ İNANMAĞIM GƏLMİR. HAKİM TOFİQ BƏYƏ TƏŞƏKKÜR EDİRƏM.
    4 years ago