Nazirlik Nura Surinin ittihmalarına cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Nura Surinin ittihmalarına cavab verdi

Mədəniyyət

12 Noyabr 2025 14:28 14422


“Mədəniyyət Nazirliyinin keçirdiyi dövlət tədbirlərinə dəvət olunan müğənnilər aidiyyəti struktur tərəfindən müəyyən edilir”.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

"Əsas kriteriyalar ondan ibarətdir ki, onların sənəti, peşəkarlığı, habelə müvafiq nailiyyətləri və uğurları olsun”, - deyə nazir müavini əlavə edib. pizza mizza

O belə tədbirlərə dəvət olunan müğənnilərə qonorar ödənilib-ödənilməməsinə də aydınlıq gətirib:

“Son 3 ildə nazirlik bu məsələyə həssas yanaşır. Dövlət tədbirlərində iştirak edən incəsənət nümayəndələrinin – aktyorların, musiqiçilərin, rejissorların və digər yaradıcı şəxslərin əməyinin qiymətləndirilməsini Mədəniyyət Nazirliyi diqqət mərkəzində saxlayır. Belə tədbirlərdə iştirak edən şəxslərə ödənişlərin həyata keçirilməsi mövcud qaydalar və müqavilə şərtləri əsasında təmin olunur”.

Fərid Cəfərov vurğulayıb ki, bu proses şəffaf mexanizmlər üzərindən, dövlət büdcəsi çərçivəsində ayrılmış vəsaitlər hesabına icra edilir.

“Hər bir konkret hal fərdi şəkildə qiymətləndirilir və ödənişin məbləği layihənin miqyası, xarakteri və iştirakçının rolu nəzərə alınmaqla müəyyən olunur. Məqsəd yaradıcı insanların əməyinə dəyər verilməsi, onların dövlət tədbirlərində fəal iştirakının təşviq olunması və mədəniyyət sahəsində peşəkarlığın daha da gücləndirilməsidir”, - nazir müavini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Natiq İslam
    Nura Suri deyir ki , 20 ildə 1manatda pul almayıb .Bunu tək o demir.Problemi gizlətmək yox araşdırmaq ,həll etmək Lazımdır.Bizdə ən yaxşı halda ört basdır, təkzib edilir
    6 months ago