Nazirlik rəsmisindən ölkədə internet sürətinin azalması ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik rəsmisindən ölkədə internet sürətinin azalması ilə bağlı açıqlama

Rəqəmsal

07 İyun 2020 20:21 1179


Ölkə ərazisində internetin sürəti ilə bağlı problem var.

Yenisabah.az xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşım ediblər.

Vətəndaşların iddiasına görə, internetin keyfiyyətində və sürətində ciddi dərəcədə zəifləmə müşahidə edilir. Pepperoni pizza

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Oxu.Az-a açıqlamasında bildirib ki, bununla bağlı quruma çoxsaylı müraciətlər daxil olmayıb: “Bu dəqiqəyə olan məlumata görə, ölkə ərazisində internetin sürəti ilə bağlı kütləvi problem yoxdur. İlkin olaraq, vətəndaşların qeyd etdiyi məsələyə trafikdəki artım səbəb ola bilər. Bildiyiniz kimi respublika ərazisində tətbiq edilən iki günlük sərt karantin rejimi ilə əlaqədar olaraq, vətəndaşların yaşayış yerlərini tərk etmələri qadağandır. Hər kəs evdə internetdən istifadə edir. Lakin internetin sürəti ilə bağlı müraciətlərin sayı artarsa, təbii ki, aidiyyəti üzrə problemin səbəbi araşdırıla bilər”.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!