Nazirlik saytları çaşqınlıq yaratmaqda ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik saytları çaşqınlıq yaratmaqda ittiham etdi

Kriminal

19 Yanvar 2019 18:50 1530


“Bəzi xəbər saytları ölkə Prezidentinin 2019-cu il 17 yanvar tarixli “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına qeyri-peşəkar şərhlər verərək oxucularda çaşqınlıq yaradırlar”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, qeyd edilən sənədləri məhz Daxili İşlər Nazirliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşları hazırlayıb vətəndaşlara təqdim edir və bu vəzifələrin icrası gələcəkdə də davam edəcək.         

“Yəni, yuxarıda göstərilən sənədlər “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi şəhər və rayonlarda həmin mərkəzlərdə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən veriləcək.       Dominos pizza

Müvafiq funksiyalar “ASAN xidmət” mərkəzlərinin olmadığı inzibati ərazi vahidlərində də Daxili İşlər Nazirliyinin şəhər, rayon polis orqanları və regional qurumları tərəfindən həyata keçiriləcək”-deyə E.Zahidov əlavə edib.   

Qeyd edək ki, “DİN-in bu hüquqları əlindən alındı” sərlövhəli həmin şərhlərdə iddia edilirdi ki, bundan sonra Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışların verilməsi funksiyalarını həyata keçirə bilməyəcək.

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!