Nazirlik tərəfindən 34 icazə verilib

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik tərəfindən 34 icazə verilib

İqtisadiyyat

04 Aprel 2019 19:51 820


2019-cu ilin I rübü üzrə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 34 icazə verilib.

Nazirlikdən “Yeni Sabah”a verilən məlumata görə, bu icazələrdən 25-i ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixrac nəzarətinə düşən malların ixracı, 8-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

Rüb ərzində verilmiş icazələrin 32-si 5 saylı “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib. Sezar pizza

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən hazırda 3 növ icazənin “ASAN Xidmət” mərkəzi vasitəsilə verilməsi həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!