Bakı-Sumqayıt yolunda onlarla şam ağacı qəsdən qurudulub.
Bu haqda “Yeni Sabah”a məlumat verən sakinlər bildiriblər ki, ağaclar ərazidə tikinti işləri aparılan şirkət tərəfindən qurudulub. Ağacların qorunması ilə bağlı kampaniyaların aparıldığı bir zamanda belə bir addımın atılmasını sakinlər özbaşnalıq kimi qiymətləndirib və onlar bu addımı atanların cəzalandırılmasını tələb ediblər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat katibi İradə İbrahimova “Yeni Sabah”a bildirib ki, baş vermiş hadisədən nazirliyin xəbəri var. O, Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonunun Xırdalan şəhəri, Bakı-Sumqayıt magistral avtomobil yolunun 15-ci kilometrliyinin kənarında köküstə yaş 21 şam ağacının qurudulması faktı aşkar olunduğunu bildirib: “Araşdırma zamanı sözügedən ərazinin “Xalq city” MTK-ya məxsus olduğu məlum olub. Faktla bağlı akt tərtib edilib və təbiətə 8240 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dominos pizza
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymətin verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron rayon Prokurorluğuna göndərilib”.
Onu da qeyd edək ki, adıçəkilən tikinti şirkəti haqda internetdə axtarış verdikdə adının kriminal olaylarda hallanması və şikayətlərlə zəngin olan çoxlu sayda materiallara rast gəlmək olur.
Telegram kanalımız