Nazirlik yeniyetmənin enerji içkisindən ölmədiyini deyir

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik yeniyetmənin enerji içkisindən ölmədiyini deyir

Kriminal

28 Fevral 2019 01:12 1004


Səhiyyə Nazirliyi Bərdədə uşağın enerji içkisindən ölməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Nazirlikdən  bildirilib ki, Bərdədə ölən uşağın enerji içkisindən vəfat etməsi xəbərləri həqiqəti əks etdirmir:  “Bərdə rayonu, Dəymədağıldı kənd sakini, 2006-ci il təvəllüdlü Babazadə Şamiq Namiq oğlu fevralın 26-da ağır vəziyyətdə Bərdə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib. Xəstənin müayinəsi zamanı ilkin olaraq rentgenoqrafiya “Sol tərəfi plevropnevmaniya, ağciyərin emfizeması” diaqnozu qoyulub.

Xəstəyə tibbi yardım göstərilməsinə baxmayaraq, onun vəziyyətinin yaxşılaşmaması və diaqnozun dürüstləşdirilməsi üçün tibbi yardım maşını və həkim nəzarəti altında respublika klinik Uşaq Xəstəxanasına göndərilib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib. pizza

Döş qəfəsinin KT müayinəsi edilib və o, “Sağ ağciyərin orta payının şişi, ağciyər emfizeması, hematoraks, hər iki ağ ciyərdə” plevropnevmaniya diaqnozu ilə Təcili Yardım Xəstəxanasının uşaq cərrahiyyəsi şöbəsinə köçürülüb”.

“Xəstə həmin şöbəyə daxil olduğu qısa müddət ərzində vəfat edib”, - deyə qeyd edilib.

Qeyd edək ki, ötən gün Report 13 yaşlı Bərdə sakininin enerji içkisindən öldüyü barədə məlumat yaymışdı.

Oxu.Az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!