Fevralın 5-də saat 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkanlar qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov “Yeni Sabah”a bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss edilib.
“Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə mütəxəssislərimiz tərəfindən dəqiqləşdirmə aparılıb və ilkin məlumata görə, episentri Pirqulu ərazisindən 11 kilometr cənub-qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib. Dağıntılar haqqında məlumat daxil olmayıb”, - deyə nazirlik rəsmisi bildirib. Dominos pizza
Ş. Səfərov İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32-də iki yeraltı təkan (zəlzələ) baş verdiyini də qeyd edib. Zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub. İlkin araşdırmalara görə onun episentri Basqal kəndindən 5 km şimal qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib. Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. 1-ci təkan qısamüddətli, 2-ci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır.
Telegram kanalımız