Nazirlikdə dəyişiklik - Şöbələr birləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdə dəyişiklik - Şöbələr birləşdirilir

İqtisadiyyat

06 May 2019 08:25 957


Maliyyə Nazirliyinin İnfrastuktur təyinatlı layihələrin maliyyəsi və Sosial təyinatlı layihələrin maliyyəsi şöbələri birləşdirilib.

"Yeni Sabah"ın xəbər verir ki, onların bazasında İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsi yaradılıb.

Şöbəyə rəhbərlik Ədalət Əliyevə həvalə edilib. O, indiyə qədər ləğv edilmiş İnfrastuktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdir müavini olub, eyni zamanda 1 il bundan əvvəl vəfat etmiş şöbə müdiri Mərdan Mərdanovu əvəz edib. Toyuqlu pizza

Ləğv edilmiş Sosial təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsi də vakant olub. Ötən ilin iyul ayına qədər şöbəyə rəhbərlik etmiş İlqar İsayev hazırda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktor müavini vəzifəsində çalışır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!