Nazirlikdə nə baş verir? –   Sensasion manipulyasiya

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdə nə baş verir? – Sensasion manipulyasiya

Rəqəmsal

12 İyun 2019 12:08 3341


“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nəsə qeyri-müəyyən proseslər gedir”.

“Yeni Sabah” xəbər verir ki, bunu texnologiya üzrə mütəxəsis Osman Gündüz deyib. O, bildirib ki, bu gün Nazirlik rəsmisi Delta Telekom-un bir ay bundan öncəki qiymət endiriminin real olmadığını bildirib. 

“Deltanın 70%-lik endiriminə Nazilriyin heç bir reaksiya vermədiyi ilə bağlı mənim tərəfimdən olan açıqlamaların da ədalətli olmadığını qeyd ediblər. pizza

Düzü, hamının qiymət endirimi gözlədiyi bir zamanda, buna özüm də təəcübləndim. Və dərhal Delta Telekom-un Provayderlərə 70% endirimlə bağlı rəsmi açıqlamasını tapdım. İndi də saytlarında durur.

Həm də aydınlaşdırdım ki, bu qurum tərəfindən hətta Nazir müavininə də endirimlə bağlı paketlər təqdim edilib”.

O. Gündüz deyir ki, nazirliyin isə dünənki açıqlamasında tamam fərqli mesajlar verilib: “Belə olan halda anlamıram ki bu dövlət qurumunda nə baş verir. Kimlərdir məlumatları Nazirdən gizlədən və ya manipulyasiya edən?

Hazırda real vəziyyət belədir: Biznes sektoru qiyməti endirmək, bazarı liberallaşdırmaq istəyir. Bununla bağlı rəsmi mövqe ortaya qoyub.

Bazarın 50%-ə nəzarət edən dövlət provayderlərinin tabe olduğu dövlət qurumu və eyni zamanda tənzimləyici qurum olan NRYTN isə, görünən odur ki, hələlik buna qarşıdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!