YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Nazirlikdən avtobusların gedişhaqqı ilə bağlı açıqlama

Nazirlikdən avtobusların gedişhaqqı ilə bağlı açıqlama

Avto

27 Sentyabr 2022 07:45 2517


Ölkəmizdə sərnişindaşıma sektorunda fəaliyyət göstərən şirkətlər tariflərin artırılmasını istəyirlər. Bununla bağlı İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqı maliyyə xərclərinin qarşılanması üçün yetərli deyil. Vurğulanıb ki, ötən il dizel yanacağının qiyməti 33% artırılaraq 80 qəpik müəyyən edilib. Bu növ yanacağın bahalaşmasının sahibkarlara təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləği isə yanacağın bahalaşması səbəbindən yaranan əlavə vəsait itkisinin cüzi hissəsini əhatə edir.

Bundan əlavə şirkətlər daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni "Bakıkart"a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildiriblər.

Məsələ ilə bağlı daşıyıcı şirkətlərin mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Şirkətlər müsahibə verməkdən imtina etdilər.

Sürücülərin sözlərinə görə avtobus üçün zəruri olan sürtgü yağları, şin və digər bütün növ ehtiyat hissələrinin qiyməti də artıb. Bu səbəbdən mövcud gediş haqqı çəkilən xərcləri ödəmir.

Hər gün avtobusdan istifadə edən sərnişinlər qiymət artımını məqsədəuyğun hesab etmirlər.

Bununla yanaşı müraciətdə iddia edilir ki, pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı vəsait onlara verilməyib.

İqtisadiyyat Nazirliyindən isə bildirildi ki, sözügedən müraciətə baxılır və çox yaxın zamanda ictimaiyyətə bu barədə məlumat veriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!