Nazirlikdən meşələrdə meyvə yığanların cərimələnməsi ilə bağlı - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən meşələrdə meyvə yığanların cərimələnməsi ilə bağlı - Açıqlama

Sosial

06 Fevral 2019 00:30 1700


Meşələrdə meyvələrin icazəsiz yığılmasına görə ziyanın və cərimənin tətbiqi əvvəllər də mövcud idi. Nazirlər Kabinetinin 2004-cü il tarixli 145 nömrəli qərarına görə, cərimələr müəyyən edilmişdi. Sadəcə həmin qərara dəyişiklik olunub və cərimələrin məbləği artırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktor müavini Ağaqardaş Qaraşov  “Yeni Sabah”a bildirib ki, son 14 il ərzində cərmələrin məbləği çox aşağı olub. Cərimələrə edilən dəyişiklik meşələrin qorunub mühafizə olunmasına və təqsirkar şəxslərin maddi məsuliyyətinin artırılmasına, meşə fonduna vurduqları faktiki ziyana uyğunlaşdırılmasına xidmət edir: “Meşə ehtiyatlarının mühafizəsi sahəsində səmərəli mexanizmin tətbiq olunması, meşələrə olan müdaxilələrin qarşısının alınması üçün bu qərar mühüm əhəmiyyət kəsb edir. 

Qərara edilən yeni dəyişikliklərə əsasən  meşə ərazilərində icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramı üçün cərimə məbləği 3 dəfəyədək artırılıb. Məsələn, İtburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılması  üçün əvvəl cərimə 80 qəpik idisə, indi 2 manatdır. Çaytikanı, qoz üçün tətbiq edilən cərimə  əvvəl 1 manat 20 qəpik idisə, indi 3 manatdır.  pizza mizza

Ümumiyyətlə, meşə ehtiyatlarının bütün parametrləri üzrə cərimələr artırılıb.  Belə ki, mal-qara otarılması, ot çalınması, ağacların və kolların zədələnməsi və s.”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!