"Bu sifarişli məqalələr, statuslar, şərhlər yazanlar o aldıqları pulları necə rahat yeyirlər? Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyevadan danışandan bəri hər gün bir sifarişli yazı çıxır. Hamısının da məzmunu eynidir. İndi guya bunlar öz aləmlərində məni gözdən salıb, qazancımdan edirlər".
"Yeni Sabah" xəbər verir ki, bunu müğənni Nura Suri "Facebook" hesabında yazıb.
Nura Suri onun barəsində yazılanlara belə cavab verib: Dominos pizza
"23 ildir oxuyuram, səhnədəyəm, həm də Facebook-da fikirlərimi yazıram. 23 ildən sonra birdən yadlarına düşüb ki, yazdığım statuslar boşdur, özümün də səhnə üçün gözəllikdən başqa heç nəyim yoxdur, gözəlliyim də guya plastik əməliyyatdır. Müxalifətçi də çıxartmaq istədilər, gördülər ki, yapışmır.
Yazdığınız bu absurd cümlələr, hətta daha artığı, səhnəmizin ən öndə gedən, bəh-bəhlə el şənliklərinə dəvət etdiyiniz, hətta fəxri adları olan əksər müğənnilərə də aiddir. Sizi də başa düşürəm. O qədər hamıda eyni xüsusiyyətləri görürsünüz ki, hamı kimi olmayanları da qəbul edə bilmirsiniz".
"Qarşıdan orucluq gəlir. Bu müqəddəs Ramazan ayında Allahdan diləyim: haqqıma girən, mənə şər-böhtan atan, yollarıma daş qoyan hər kim varsa, Allah onlara etdikləri pis əməllərin yüz qatını qaytarsın" - müğənni əlavə edib.
Telegram kanalımız