Səhiyyə Nazirliyinin əksər müəssisələrində təmir işləri həyata keçiriləcək.
“Yeni Sabah” xəbər verir ki, bununla bağlı nazirliyin elan etdiyi tenderin qalibi olan şirkətin adı açıqlanıb. Bildirilir ki, 15 fevral və 2 mart 2019-cu il tarixində elan olunan Səhiyyə müəssisələrinin binalarında aparılacaq təmir işlərinin satınalınması məqsədilə dərc olunmuş açıq tenderin qalibi “Fərid-İnşaat” firması olub. Nazirlik artıq qalib təşkilata müvafiq satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin təmir-tikinti ilə bağlı elan etdiyi əksər tenderlərin qalibi məhz “Fərid-İnşaat” şirkəti olur. Dominos pizza
Telegram kanalımız