Nazirliyin vəzifəli şəxsi içkili halda saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin vəzifəli şəxsi içkili halda saxlanıldı 

Avto

31 Yanvar 2024 08:11 8746


Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi içkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

“Yeni Sabah” Qaynarinfo.az-a istinadən xəbər verir ki, saxlanılan şəxs X.M. 1986-cı ildə Biləsuvar şəhərində anadan olub, ali təhsillidir və Səhiyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır.

Belə ki, məmur içkili halda “Mersedes Benz S350” minik markalı, XU seriyalı avtomobillə saxlanılıb, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Pepperoni pizza

Məhkəmədə nazirlik əməkdaşı protokolda göstərilən halların doğruluğunu etiraf edib. Bildirib ki, ABŞ-dan qonaqları gəldiyinə görə spirtli içki qəbul edib. X.M. həkim müayinəsinin nəticəsi ilə razılaşdığını və əməlindən peşman olduğunu deyib.

Məhkəmənin hökmü ilə vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!