Nazirliyinin əməkdaşları arasında keçirilən şahmat turniri başa çatıb

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyinin əməkdaşları arasında keçirilən şahmat turniri başa çatıb

İdman

14 Mart 2019 20:35 1257


Azərbaycan Şahmat Federasiyasında İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyinin Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında keçirilən şahmat turniri yekunlaşıb.  

“Yeni Sabah” xəbər verir ki, turnir Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmaqla Nazirliyin əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil edilib. 

Turnir  şahmat ustası Rəhim Qasımovun hakimliyi ilə İsveçrə sistemi əsasında keçirilib.Yarışda 1-ci yerə Serqey Mustafin, 2-ci yerə Tünar Quluyeva, 3-cü yerə Fazil Alməmmədov, 4-cü yerə Səbuhi İsmayılov layiq görülüblər.  pizza mizza

Gərgin zehni mübarizə şəraitində keçən turnirdə yüksək nəticələr göstərmiş qaliblər və iştirakçılar Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!