“Nə qədər ki Ərdoğan iqtidardadır, bu layihə gerçəkləşməyəcək”

saytların hazırlanması

Evə çatdırılma

“Nə qədər ki Ərdoğan iqtidardadır, bu layihə gerçəkləşməyəcək”

Siyasət

02 May 2023 13:54 2373


“Əslində, rəsmi Vaşinqtonunun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməkdə məqsədi bəllidir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elşən Manafov deyib. 

O, ötən gün baş tutan Blinken-Bayramov-Mirzoyan üçtərəfli görüşün detallarından, ABŞ-ın münaqişənin həll edilməsi ilə bağlı göstərdiyi səylərdən, habelə Kremlin bu məsələyə dair olan reaksiyasından söz açıb.  Dördpendirli pizza

E.Manafov xatırladıb ki, bu görüşdən əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi olmuşdu və Birləşmiş Ştatlar münaqişə tərəfləri arasında sülh müqaviləsinin imzalanması üçün Vaşinqton layihəsini irəli sürmüşdü: 

“Layihənin və təkliflərin irəli sürülməsində məqsəd bölgədə ABŞ-ın təsir imkanlarını gücləndirmək və Rusiyasız problemi həll etməklə Moskvanın münaqişə tərəflərinə olan təsir imkanlarının azalması ilə bağlı illüziyaları yaratmaqdan ibarətdir”. 

Politoloqa görə, ABŞ-da bəla qənaətə gəliblər ki, əgər Rusiyanı Ukraynada qlobal qarşıdurmaya cəlb ediblərsə, Rusiyanın Cənubi Qafqazdakı proseslərə nəzarəti müəyyən dərəcədə zəifləyib: 

“Lakin bu, belə deyil. Çünki Rusiya sülhməramlı qüvvələr adı altında regiona özünün hərbi kontingentini yeridib. Bu hərbi kontingent isə çox ciddi faktordur. Rusiya faktorunu nəzərə almadan tərəflərin Vaşinqtonun təklif etdiyi müstəvi üzərində ortaq məxrəcə gəlməsi bir qədər ciddi təsir bağışlamır. Üstəlik, bölgədə Rusiya və İranın da üst-üstə düşən maraqları nəzərə alınarsa, bu, onu göstərir ki, Vaşinqtonun bu sahədəki təklifləri, əslində, daha çox Türkiyədəki seçkilərin doğura biləcəyi reallıqlardan kənarda problemi həll etmək istəyindən irəli gəlir”. 

Analitikin fikrincə, Vaşinqton çox çalışacaq ki, Türkiyədəki seçkiləri Kemal Kılıçdaroğlu qazansın:

“Bu halda Türkiyənin Ermənistanla münasibətlərində ciddi dəyişikliklərin ola biləcəyi istisna deyil. Hətta Türkiyənin Ermənistanla sərhədləri aça biləcəyi ilə bağlı da mülahizələr var. Nə qədər ki Ərdoğan iqtidardadır, aydın məsələdir ki, bu layihə gerçəkləşməyəcək”. 

Siyasi təhlilçi hesab edir ki, əslində, Vaşinqton tərəfi seytnota düşmək istəmir:

“Çünki Türkiyə Birləşmiş Ştatların NATO üzrə müttəfiqi olsa da, Ərdoğanın iqtidarı dövründə Qərb və Türkiyə arasındakı münasibətlərdə kifayət qədər problemlər yaranıb. Ona görə də Vaşinqton bu seytnota düşməmək üçün hazırda problemi həll etmək barəsində səylərini gücləndirib. 

Lakin Rusiyanın bölgədəki hərbi mövcudluğu münaqişə tərəflərinin Kremli nəzərə almaq məcburiyyətində qoyur. Yəni Rusiyasız Birləşmiş Ştatların problemi həll etmək üçün göstərdiyi cəhdlərin ciddi səmərə verəcəyini hələ ki proqnozlaşdırmıram”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!