“Nə qədər onun, bunun arxasını güdəcəksiniz?”

saytların hazırlanması

Evə çatdırılma

“Nə qədər onun, bunun arxasını güdəcəksiniz?”

Şou

23 Fevral 2019 23:21 1215


“Bəsdirin də, gic-gic söhbətlər etdiniz. Arada kitab, maraqlı məqalə oxuyun, dünyaya baxışınız dəyişsin”. 

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Nura Suri sosial şəbəkədə yazıb. İttihamlarında ünvan göstərməyən müğənni ümumi olaraq bəzi davranışlardan narazı qaldığını qeyd edib: “Bezmədiniz filankəs belə dedi, əyri baxdı, qısa geyindi və s. Nə qədər olar, axı? Arada evdəkilərlə söhbət edin. Nə qədər onun, bunun arxasını güdəcəksiniz? İnsanların çoxundan iyrənirəm artıq. Niyə hər sözə başqa məna yükləyirsiniz, sözdən söz çıxarırsınız? Bu, nə virusdur axı, düşüb camaatın canına? Alimlər təcili xərçəngin yox, paxıllığın dərmanını icad etməlidir. Yoxsa artıq yer kürəsində yaşamaq mümkünsüzdür. Elon Maskın mail adresini tapsaydım, köçüb gedərdim Marsa...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!