“Nə vaxta qədər rəzil vəziyyətdə fəaliyyət göstərəcəyik”

saytların hazırlanması

Evə çatdırılma

“Nə vaxta qədər rəzil vəziyyətdə fəaliyyət göstərəcəyik”

Yazar

29 Mart 2019 11:27 1562


“Artıq 25 ildən artıqdır ki, peşəkar jurnalistika ilə məşğulam. Amma görün vəziyyət hansı həddə çatıb ki, gedib Monqolustandan tarixi oçerklər yazıram. Bəs nə edək?”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış jurnalist Eynulla Fətullayev sosial şəbəkədə yazıb. Azərbaycan mediasınaa yaradılan məhdudiyyətlərdən yazan jurnalist qeyd edib: “Bu gün Ermənistan və Azərbaycan XİN rəhbərləri Vyanada danışıqlara başlayıb. Ertəsi gün dövlət başçılarının görüşü olacaq. Ermənistandan bir ordu jurnalist gətiriblər. Biz isə oturub Ermənistan rəsmilərinin feysbuk və tvitter hesablarını izləyib, görüş və danışıqlar haqda məlumat toplayırıq. Erməni reportyorların fotolarını paylaşırıq. 

Bu vəziyyət nə vaxta qədər davam edəcək? Biz nə vaxta qədər belə rəzil vəziyyətdə fəaliyyət göstərəcəyik. Bəla ondadır ki, Sarqsyan da özü ilə bir korpus jurnalist gətirirdi, Paşinyan da... Amma biz ən uzağı Monqolustandan tarixi oçerklər yaza bilərik. Bu da bizim müasir jurnalistikanın günü-güzaranı”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!