“Neçə fransızı gətirib viran qoyulmuş şəhərlərimizi onların gözünə soxublar?”

saytların hazırlanması

Evə çatdırılma

“Neçə fransızı gətirib viran qoyulmuş şəhərlərimizi onların gözünə soxublar?”

Siyasət

18 Noyabr 2022 14:03 701


“İki gündür Azərbaycanın televiziya kanallarında, mətbuatda, sosial şəbəkələrdə Fransa senatının Azərbaycan əleyhinə çıxardığı “qətnamənin” müzakirəsi gedir. Düşünürəm ki, bu hal gözlənilən idi, çünki Fransada daşnakların diasporu güclüdür və eyni zamanda Parisin mərkəzində erməni daşnağının böyük heykəli qoyulub. Hər gün heykəlin qarşısına təzə əklil qoyulur”. 

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə keçmiş icra başçısı Musa Musayev çıxış edib.

Məşhur YAP-çı fikrinə davam edərək bildirib ki, bizim vətəndaşlar da gedib Fransada və Avropada Azərbaycanın əleyhinə ağızlarına gələni danışırlar: Sezar pizza

“Bizim diaspor təşkilatımız əvvəllər olduğu kimi yenə də passiv fəaliyyət göstərirlər, alverlə məşğuldur. Fransada və Avropada minlərlə azərbaycanlılar və türklər yaşayır. Haçan görmüsünüz ki, Azərbaycan diasporu bir möhtəşəm tədbir keçirib, Azərbaycanın haqq səsini dünyaya çatdırsın?!

Bunun səbəbi təşkilatçıların olmaması və təşkilatlanmanın zəif olması, biganəlik və məsuliyyətsizlikdən irəli gəlir. Biz haqlı olduğumuzu sübut edə bilmirik, haqsızlar haqlı olduqlarını bəyan edirlər. 

Eyni zamanda da təbliğatımız və təşviqatımız qənaətbəxş deyil. Günahı başqa yerdə axtarmaq lazım deyil, əsas günahkar bu sahədə məsul olan şəxslər və qurumlardır. 

Səfirliyimiz, Fransa Azərbaycan Parlamentlərarası dostluq qrupu hansı fəaliyyət göstərib?! Neçə fransızı, senat üzvünü dəvət edib, gətirib viran qoyulmuş şəhərlərimizi, kəndlərimizi, tarixi abidələrimizi onların gözünə “soxublar”?” – deyə Musa Musayev sərt tənqid səsləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!