“Sosial şəbəkələri oxuduqca çox təəccüləndim ki, necə olub Azərbaycanın “böyük yazıçı”sı, “dahi şəxsiyyət”ini bu günə kimi tanımamışam. Baxıram bu gedişlə Kəramət bəzilərinin vahid namizədi kimi Prezident seçkilərində də iştirak edəcək”.
Yenisabah.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.
“Rəhmətlik Cəlil Məmmədquluzadə bilsə ki, onun yaratdığı kefli İsgəndəri Kəramətlə müqayisə edəcəklər, heç o şedevri yaratmazdı. Bir də qorxuram ki, bundan sonra Aydın Canıyev də yazmaqdan imtina edə. DİN həqiqətən Kəraməti yaxın zamanlarda azad etməyib həbs etsə, yuxarıda yazdıqlarım hökmən olacaq”, - deyə A.İsmayılov qeyd edib. Marqarita pizza
Telegram kanalımız