“Necə olub ki, mən 4.7 milyard pulu mənimsəmişəm?” - Cahangir Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Necə olub ki, mən 4.7 milyard pulu mənimsəmişəm?” - Cahangir Hacıyev

Siyasət

07 Fevral 2019 19:49 1206


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə bağlı iclas keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sərbəst ifadə verən təqsirləndirilən C.Hacıyev ona qarşı irəli sürülmüş ittihamı və ötən məhkəmə iclasında prokurorların elan etdiyi ittihamı qəbul etməyib.

Prokuror sabiq bankirə etiraz edib və hakim C.Hacıyevin sözünü kəsərək ona ittihamın mahiyyəti üzrə danışmasını istəyib. Dördpendirli pizza

C.Hacıyev barəsində irəli sürülmüş 4.7 milyard manat pul barədə danışıb: "Heç Azərbaycan büdcəsində bu qədər pul yoxdur. Bu məbləğ Azərbaycan Mərkəzi Bankının valyuta vəsaitlərinə bərabərdir. Beynəlxalq Bankının Moskva filalının aktivləri elə 2 milyona yaxın olub. Bəs bu necə olur ki, mən 4.7 milyard manat pulu mənimsəmişəm? Ən azından bir bu rəqəmlərə baxın. Cinayət işini heç dövlət ittihamçıları tam oxumayıblar. Onlar ancaq ittiham hissə ilə tanış olublar. Xahiş edirəm ki, göstərərdiz görək həmin pullar mənim və ailə üzvlərimin hesabına necə köçüb? Belə bir sübut var? Guya mən həmin pullarla şəxsi əmlak almışam. Biz dövlət təşkilatı olmamışıq. Mən bankın rəhbəriliyi dövründə dövlətin payı

50.2 faiz idi. Bankda işlədiyim zaman müavinim vəzifəsində çalışmış Emin Mustafayevin bir şikayəti əsasında barəmdə cinayət işi açılıb".

O qeyd edib ki, bankın rəhbəri olduğu dövrlərdə heç kəsə göstəriş verməyib.

Prosesdə prokurorun suallarını cavablandıran C.Hacıyev onunla birgə təqsirləndirilən D.Xəlilovu cavan vaxtlardan tanıdığını, lakin keçmiş deputatla heç bir biznes əlaqələrinin olmadığını söyləyib: "Dünyamin Xəlilov mənim tapşırığımla müəyyən layihələrə nəzarət edirdi".

Məhkəmədə elan olunub ki, ittiham aktında D.Xəlilovun adı bir çox epizodlarda keçir.

Prosesdə fasliə elan olunub.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!