“Deyirlər ki, min il bundan qabaq iki ərəb döyüşüb, vay-şüvən salmaq nəyə lazımdır?” -   Hacı Şahindən sərrast cavab

saytların hazırlanması

Evə çatdırılma

“Deyirlər ki, min il bundan qabaq iki ərəb döyüşüb, vay-şüvən salmaq nəyə lazımdır?” - Hacı Şahindən sərrast cavab

Din

22 Avqust 2021 19:58 96058


Hacı Şahin Həsənli son günlər Məhərrəm ayı ilə bağlı yaranan mübahisəli məqamlara aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, din xadimi bildirib ki, Kərbala hadisəsi soyqırımdır, Peyğəmbər ailəsinin yer üzündən silinməsini istəyənlərin törətdiyi əməldir:

"Deyirlər ki, min il bundan qabaq iki ərəb döyüşüb, bunun bizə nə dəxli var. Vay-şüvən salmaq nəyə lazımdır? Bəsdir də yaslandıq, qəmləndik bizə sevinc lazımdır. Bəsdir qaragünlüyü təbliğ edib ağlaşma qurdunuz. Bir qrup insanlar bunu deyir. Çox görünsələr də, sayları azdır. Marqarita pizza

Mən qısa-qısa bunlara cavab verirəm. Əvvəla sən bunun adını niyə vay-şüvən qoyursan, yaxına gəl, oturaq, müzakirə edək. 

İmam Hüseynin əzasında mahnı oxumayacaqsan ki? Dində də buyurulub ki, Hüseynə əza saxla. Necə yəni bu dində yoxdur? Sən zorla deyəcəksən, mən də qəbul edəcəyəm?! Din deyir, hər xalqın öz adət-ənənəsi var. Məsələn, qədim ağılarımız var, onlarda da sinə vurma var. Azərbaycan xalqının əzadarlıq ənənəsidir. Bunu bu şəkildə edir, çox gözəl. Narahat edici nə var? Bu həm də bir həmahənglikdir. Sən buna estetik yöndən bax. Deyir, orduda inancın olması, və yaxud İmam Hüseyn eşqinin bəyan edilməsi təhlükəlidir. Əksinə təhlükələrdən qoruyur. Xüsusi təyinatlı hərbçimiz özü mənə danışırdı ki, biz Şuşa ətrafında 300 nəfər mühasirəyə düşmüşdük, təkbir deyən kimi hamısı qaçdılar. Deyir, Allah rəhmət eləsin Sabirə. Sabirin tənqid elədiyi İslamı mən də tənqid edirəm. Neçə ildir minbərdən deyirəm ki, bunu eləmək olmaz. İmam Hüseyn əzaları ilə bağlı internetdə axtarış verəndə üzü qana bulanmış şəkillər çıxır. Bu məqsədli şəkildə belə edilir. Qurandan da sui istifadə var. Onda Qurandan imtina edək?!".

"İmam Hüseynin şüarlarına baxın, orda bir dənə də olsun ərəbə aid söz yoxdur. İmam Hüseynin sözləri insanlığa, bəşərə aiddir. O deyib ki, öz haqqın üçün yox, gərək haqqın özü üçün çalışasan. Öz haqqından da haqqa görə keçəsən. Bu artıq daha mütərəqqidir. Aşura cinayətkarlığa, zorakılığa qarşı olan bir hadisədir. Pis bir şeydir?! Bizim xalqımız İmam Hüseyn sevgisinə xəyanət etməyib, onu hətta sovet dövründə də yaşadıb və bunun bəhrəsini də görüb", deyə Hacı Şahin Həsənli qeyd edib.

Daha ətraflı videodan izləyə bilərsiniz:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ZEFER
    NE GOZELDİR YA HUSEYN SENE CANİMİZ QURBAN
    5 years ago
  • Səlimə Əliyeva
    Peyğənbər İmam Hüseynə əza saxlamağı harda deyib? Zəhmət olmasa Hacı buna aydınlıq gətirsin. Bildiyim qədər kərbala faciəsi , peyğənbərimizin sağlığında baş verməyib
    5 years ago
    • Cəfər
      Cəfər
      124 min peyğəmbər bilirdilər ki Kərbəla faciəsi baş verəcək
      5 years ago  Like (0)
  • Azər
    Salam.Hacı Şahin deyir ki,Peyğəmbərimiz buyurub İmam Hüseynə əza saxlayın.Peyğəmbərimiz İmam Hüseyndən qabaq vəfat etməyib?
    5 years ago
  • Elnur
    Salam Haci.Kim nə deyir desin.Biz Agamizi və Əhlibeyti yadan cixartmayacayiq
    5 years ago
  • Ülviyyə
    Allah razı olsun Sizdən Hacı. Nə yaxşı siz varsız. Bizim sözümüzü çatdırırsız bu dindən islamdan xəbəri olmuyanlara.
    5 years ago
  • behruz
    salam.gelbela hadisəsi.peygemberimizin sağlığında olubki?
    5 years ago
  • Zaur
    Məncə Hüseyn həqiqətən də bəşəri dəyərlər uğrunda, haqq-ədalət uğrunda mübarizə aparıb və şəhid olub.Bu məsələyə iki (və yaxud daha çox) ərəbin hakimiyyət uğrunda mübarizəsi kimi baxmaq yanlışdır.Bunlar qəsdən Hüseynin mabarizəsini gözdən salmaq niyyətidir.Qaldı ki, əzadarlığa mən də razı deyiləm ki, bir ilin iki ayını insanlar yas saxlamalı,qəmgin olmalı,toy-nişan etməməli və.s
    5 years ago
  • Tofiq
    Tamamilə düz deyir hacı. Bəziləri Peygəmbərimizin ailəsinə qarşı olunmuş cinayətin it bat olmasinı istəyirlər. Yeri gələndə isə Peyğənbərə istinad edirlər, ona qarşi olan məhəbbətlərini soylərirlər.
    5 years ago
  • Natiq
    Qurani kerimde sui istifade var ne demekdi Qurani kerimi yer uzune gondere Allah taladir ve qusursuzdur
    5 years ago
    • CEYHUN
      CEYHUN
      DEMƏK isdəyirki çox adam ondan öz pis məqsədi üçün istifad eedr
      5 years ago  Like (0)
  • Mahmud
    Mən bilmirəm necə və hansı maliyyə ilə hacı olmusan, bir az Sənə, məhz sənə hörmətim vardı o da yox oldu. Əvvəla Şuşanın azadlığından, fikirləş danış, sünnilər də olub. Sən kimsən və dənə kim haqq verib ki, onların haqqına girirsən. Sonra da müdirin Allahşükür kimi danışırsan, yoxsa qorxursan cörək yeri itər. Hacı demək hələ ağıllı və ağıl vermək demək deyil. Ayıbdır, özünə hörmət elə, sən nə Mirşahinsən, nə də ...
    5 years ago
    • elvin
      elvin
      Şuşanı azad eliyen azərbaycanlı oğlanlardır orda isə sünni şiə vəhabi sobeti olmur millət bir olmalıdır bir olur
      5 years ago  Like (0)
    • behruz
      behruz
      düzdü qaqa.deyirki peyğəmbərimiz deyilki heyətinə yaş saxlayın sözündən elə çıxır.men bilən hüseyin rəhmətə gedəndə peyğəmbərimiz dayandığını dəyişmiş olub.deqiq bilmirəm ama elə eşit.jsem.birde əlbətdəki Azərbaycanda nə qədər sünni var.olarin adından danışmasın.sunniye sieyeye bölmək olmaz dini
      5 years ago  Like (0)
  • Behruz Hesenov
    möhtəşəm bütün suallara cavab
    5 years ago
  • Anar
    Şahin İran başqa ne tapşırır?Mən qəbul etmirəm sizin yasinizi.Beli min iller evvel olan bir şeye yas saxlamaq dünyanı guldurmekdir.Numune üçün bütün muselman ölkələri baxın.Biz toyda edirik saldıqda.İslam.dini Quranı Kərimdir.sen yox senin dediklerin yox.Getir Quranı Kərimdə Hüseyninə yas aşura haqqında bir cümlə göstər.Qutarindaa
    5 years ago