Nefçalada ildırım vuran çoban öldü

saytların hazırlanması

Evə çatdırılma

Nefçalada ildırım vuran çoban öldü

Hadisə

10 Sentyabr 2019 19:30 1812


Neftçalada ildırım vuran çoban xəstəxanada dünyasını dəyişib.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Tatarməhlə kəndindəki obada baş verib.

Xəbər verdiyimiz kimi, obada çoban işləyən 1991-ci il təvəllüdlü Gərayev Vaqif Azər oğlunu ildırım vurub. İlkin məlumata görə, çöldə qoyun otaran çobanlar 5 nəfər olublar. İldırım aralarına düşdüyündən zərbədən hamısı yerə yıxılıb. Digər dörd nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb. Lakin V.Gərayevin vəziyyəti ağır olduğundan o, Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V. Gərayev xəstəxanada keçinib. Sezar pizza

Qeyd edək ki, Vaqif Gərayev əslən Şamaxı rayonundandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!