Neft Fondu 21 ton qızıl alıb

saytların hazırlanması

Evə çatdırılma

Neft Fondu 21 ton qızıl alıb

İqtisadiyyat

27 Aprel 2019 02:14 751


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə 21 tonadək qızıl alıb.

“Yeni Sabah” xəbər verir ki, Neft Fondunun 2019-cu ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabata görə, bu il martın 31-nə ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 71,75 ton olub. 2018-ci ilin sonuna olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 50,95 ton (1 638 186 troya unsiyası həcmində) idi. Beləliklə də, Neft Fondu bu ilin yanvar-mart aylarında 20,8 ton qızıl alıb.

Qeyd edək ki, qızıl investisiyaları hazırda Neft Fondunun investisiya portfelinin 7,4 faizini (ABŞ dolları portfelinin 2 milyard 973,6 milyon dollarlıq hissəsi) təşkil edir. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!