Neft-qaz ehtiyatlarının kəşfiyyatına 29,5 milyon xərclənib

saytların hazırlanması

Evə çatdırılma

Neft-qaz ehtiyatlarının kəşfiyyatına 29,5 milyon xərclənib

İqtisadiyyat

28 Fevral 2019 19:39 904


2018-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 35,8 milyon manat və ya 2017-ci illə müqayisədə 10,9 faiz çox vəsait sərf olunub.

Dövlət Statistika Komitəsindən “Yeni Sabah”a verilən məlumata görə, geoloji-kəşfiyyat işlərinə xərclənmiş vəsaitin 82,4 faizi və ya  29,5 milyon manatı neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib.

2017-ci illə müqayisədə ötən il regional geoloji-geofiziki işlərə 9,3 faiz, əlvan metalların kəşfiyyatına 7,7 faiz, radioaktiv metalların kəşfiyyatına 6,1 faiz, qara metalların kəşfiyyatına 5,0 faiz, hidrogeoloji işlərə 4,4 faiz, nəcib metalların kəşfiyyatına 4,3 faiz çox vəsait sərf edilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!