Çərşənbə axşamı volatil ticarətdə neft qiymətləri sessiyanın minimumlarından geri çəkilərək bir qədər ucuzlaşıb.
Yenisabah.az xəbər verir ki, beynəlxalq ticarətdə münasibətlərin normallaşmasına ümidlər və OPEC+ ölkələri tərəfindən neft hasilatının davamlı surətdə artırılması ilə bağlı narahatlıqlar bazar iştirakçılarının əhval-ruhiyyəsinə çoxistiqamətli təsir göstərir.
Londonun ICE Futures birjasında Brent markalı iyul fyuçersləri ucuzlaşaraq 64,68 dollar/barelə bərabər olub. Bu vaxta qədər WTI markalı neftin iyul fyuçersləri NYMEX birjasında cümə gününün bağlanış səviyyəsindən bir barelə görə 61,42 dollara düşüb. Dominos pizza
Telegram kanalımız