Bazar ertəsi səhərdən dünya neft qiymətləri yüksəlir.
Yeisabah.az xəbər verir ki, investorlar Rusiyanın enerji idxalının məhdudlaşdırılması ilə bağlı xəbərlər gözləyir, həmçinin, ticarət məlumatlarına görə, Çindən tələbat perspektivlərini və Yunanıstan tankerlərinin İran tərəfindən saxlanılması ilə bağlı vəziyyəti qiymətləndirirlər.
Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 0,77% artaraq 116,45 dollar/barelə, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti 0,88% artaraq 116,08 dollara çatıb. Toyuqlu pizza
Bu həftənin əvvəlində Aİ rəhbərləri Rusiyaya qoyulan məhdudiyyətləri müzakirə etmək üçün Brüsseldə fövqəladə sammitdə toplanır. Təxminən bir aya yaxındır ki, blok ölkələri Rusiya Federasiyasına qarşı sanksiyaların altıncı paketi ilə bağlı razılığa gələ bilmirlər ki, bu da digər məsələlərlə yanaşı, Rusiya neftinin tədarükünə tam və ya qismən embarqonun tətbiqini də əhatə edir.
Telegram kanalımız