““OPEC+ anlaşması baş tutdu , may ayından başlayaraq hasilat günlük 10 mln. barrel azalacaq (əgər azalsa). Səudiyyə və Rusiya hərəsinə 2,5 mln. barrel, yerdə qalan ölkələr də müxtəlif kvotalarla 5 mln. barrel hasilatı azaltmalıdır”.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, Liviya, İran, Venesuela ümumiyyətlə, öhdəliklərdən azad edilib və onlar hasilatla bağlı istənilən qərarı verə bilərlər.Meksikaya hasilatı 400 min azaltmaq təklif olunub, ölkə razılaşmayıb, hasilatı, maksimum 100 min barrel azalda biləcəyini deyib: “Səudiyyə və Rusiyanın uzlaşmadığı məsələ hasilatı hansı səviyyədən götürüb azalmanı hesablama məsələsi idi. Səudiyyə deyirdi ki, bu gün mən 12 mln. barrel neft hasil edirəm, 2,5 mln. azaldacam, hasilatı 9,5 mln. barrelə salacam. Rusiya isə bununla razılaşmırdı, təklif edirdi ki, hasilatın azaldılması üçün səviyyə 1-ci rübün orta hasilat rəqəmləri götürülsün, sonda razılaşdılar ki, hər bir ölkə günlük 8,5 mln. barel neft hasil etsin, azalma hər ölkə üçün 2,5 mln. barel olsun”.
Ekspertin sözlərinə görə, birjalar OPEC+ qərarına inanmayıb və qiymət bu gün də düşür. Hətta birjalarda olan “kağız neft”- iyun ayının fyuçers qiymətləri ilə bu gün spot bazarında satılan real neftin qiyməti arasında fərq hələ də ortalama 10 dollardır, bu gün real satılan neft birja qiymətindən aşağıdır: “Amma birjaları inandırmayan tək bu məsələ deyil. Başqa məsələr də var: 1) Bu gün dünyada ortalama 100 mln. barrel neft hasil olunur, istehlak olan günlük həcm isə 70-75 mın. barreldir, deməli dünyada günlük 25-30 mln. barrel artıq neft var. Real istehlak bundan da aşağıdır, sadəcə ucuz neft qiymətlərinə görə bütün ölkələr bazardan neft alıb anbarlara, rezervuarlara vururlar. Səudiyyə günü bu gün 15 dollara neft satır, Rusiya da öz neftini təxmini o qiymətə salıb. Yəni həmin 75 mln barrel günlük alınan neftin 20-30%-i istehlak üçün deyil də, ehtiyat üçün alınır. 2) Dünya neft anbarlarında təxminən 1 mlrd. barrellik yer qalıb , əgər real günlük istehlak artmasa, 1 aya bütün anbarlar dolacaq. OPEC+ anlaşması isə hələ ancaq May ayında qüvvəyə minir, deməli, apreldə bütün ölkələr istehsalı artıracaqlar ki, kvota dönəminə qədər sərbəstlikdən istefadə etsinlər. Birjalar bunu yaxşı bilir, ona görə də anlaşmaya inamsız yanaşır. 3) OPEC+ anlaşması həm də bir “aferistlik”dir. Neft hasilatı edən ölkələrin daxili təlabatı da kəskin düşüb – təyyarələri uçmur, xidmət və bəzi istehsal sahələri qapalıdır. Həmin ölkələr kəsintiyə getdikləri hissə daxili təlabatda istifadə olunan hissədir ,xaricə satdıqları hissədə çox cüzi azalma olacaq. Rusiya hər gün 11 mln. barrel neft istehsal edir, bunun 4,5 mln. barreli daxili təlabat üçündür, yerdə qalanını satır, may ayından günlük 2,5 mln. barrel kəsintiyə getsə, yenə 8,5 mln barrel neft hasil edəcək. Daxili istehlakı isə artıq 2,5 mln barrel düşüb, yəni, 8,5 mln. barrelin 6 mln. barrelini yenə xaricə satacaq. Pandemiyadan əvvəlki dövrdə Rusiya zatən hər gün 6,5-7 mln. barrel neft satırdı. Düzdür, daxili təlabatın düşməsi hesabına bu gün 8 mln. satır, deməkli reallıqda xaricə satacağı neftin həcmi, ən yaxşı halda 1,5 mln. barrel azalacaq, qısası hasilatı 2,5 mln. barrel azaldır, amma satacağı neft cəmi 1,5 azalacaq. Birjalar məhz bunu da hesablayırlar, digər istehsalçı ölkələrdə də aşağı-yuxarı vəziyyət belədir. Yəni, 10 mln. barrel hasilat azalsa da, reallıqda dünyada satılan neftin həcmi ən yaxşı halda 5 mln. barrel azalacaq. 4) Birjalar həm də ona görə bu anlaşmaya inanmır ki, nəzarət mexanizmləri zəifdir. Dünya elə hala gəlib ki, istənilən ölkə istənilən müştərisini əldən çıxartmaq istəmir, ona görə də müştəri tapsa , neftini satacaq, çünki satmasa bazarı, gəlirlərini daha çox itirəcək. 5) Birjalar daha uzağı hesablayırlar , əgər bütün neft anbarları dolsa, neftin istehlakı orqanik olaraq artmasa, may ayında istehsalçılar pulsuz neft paylaya bilərlər,çünki saxlama xərci hasilatın maya dəyərindən baha olacaq, həm də hasilatı tam durdurmaq mümkün deyil, bu zaman quyuları itirmək olar, onların bərpası daha böyük xərc tələb edəcək”. Dördpendirli pizza
Telegram kanalımız