Neftçaladakı bu məktəb hər an dağıla bilər

saytların hazırlanması

Evə çatdırılma

Neftçaladakı bu məktəb hər an dağıla bilər

Sosial

27 Yanvar 2019 23:21 1170


Neftçala rayonunda Xıllı qəsəbəsinin şəhid Rafiq Gözəlov adına Xıllı 1 nömrəli tam orta məktəbi bərbad durumdadır. Məktəb sovetlər dövründə olduqca səliqəli və rayonun ən sayılıb-seçilən təhsil ocaqlarından olsa da, məlum vəziyyət üzündən indi xarabalığı xatırladır.

Sakinlər deyir ki, məktəbdəki acınaqalı vəziyyət üzündən uşaqlar aylarla dərsə getmir. Otaqların isidilməsi üçün odun, rezin, təkər və sairə yandırılır ki, onun tüstüsü, iyi səbəbindən uşaqlarda müxtəlif xəstəliklər baş qaldırır. Məlumata görə, məktəb şagirdləri arasında ağır xəstəlikdən və əsasən vərəmdən əziyyət çəkən uşaqlar var.

Soyuq, dağılmış və dərs keçilməsi mümkün olmayan sinif otaqlarının bütün pəncərələri qırıqdır. Məktəbin bünovrəsi tamamilə yararsız hala düşdüyündən hər an üçma təhlükəsindədir. Bu səbəblərdən də valideynlər uşaqlarını həm də təhlükədən uzaq tutmaq üçün məktəbə göndərmirlər. Sakinlər bildirir ki, bu barədə dəfələrlə aidiyyatı qurumlara müraciətlər olunub. pizza mizza

Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimova vəziyyətin olduqca acınacaqlı olduğu barədə dəfələrlə məlumat verilib. Amma heç bir addım atılmayıb.

Sakinlər bildirir ki, bu yaxınlarda guya məktəbin tamamilə dağılmasının qarşısını almaq üçün dam örtüyü təmir olunub. Qəsəbə sakinləri sevinib ki, dam örtüyündən sonra məktəb binası da tamam təmir olunacaq. Amma bildirilib ki, maliyyə ayrılmadığı üçün məktəbdəki bu dözülməz vəziyyət hələ illər böyü belə davam edəcək. Məktəbdəki vəziyyət günü-gündən pisləşir və daha təhlükəli hal alır.

Bizimxeber.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!